Ledi Qaqa da karantindədir FOTO


Digərləri 17 Mar 2020 10:27:00 169 0

Ledi Qaqa da karantindədir  FOTO

Amerikalı müğənni Ledi Qaqa dünyada sürətlə yayılmağa davam edən koronavirusa görə özünü karantinə alıb.

Son.az axşam.az-a istinadən bildirir ki, ekstravaqant ifaçı bu barədə sosial şəbəkədə paylaşım edərək, izləyicilərinə də eyni şeyi məsləhət görüb.

Virusla bağlı həkimlər və alimlərdən məsləhət alan Qaqa hər kəsə karantinə getməyi, infeksiyanın ilk simptomlarını gözləməməyi tövsiyə edib:

"Bizim hazırda edə biləcəyimiz ən faydalı şey özümüzü karantinə almaq və 65 yaşdan yuxarı insanlarla görüşməməkdir".

Müğənni öz doğmaları ilə görüşmək istədiyini, lakin onların təhlükəsizliyi naminə bunu etməyəcəyini bildirib.