Ali Məhkəmə vətəndaş müraciətlərini onlayn formada qəbul edəcək


Digərləri 16 Mar 2020 20:39:00 118 0

Ali Məhkəmə vətəndaş müraciətlərini onlayn formada qəbul edəcək

Ali Məhkəmə vətəndaşların müraciətlərini onlayn qaydada aparacaq.

Trend-in Ali Məhkəmənin saytına istinadla xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq vətəndaşlardan aşağıdakılar xahiş olunur:

- vətəndaşların Ali Məhkəməyə ünvanladığı yazılı müraciətləri poçt və ya [email protected] e-poçt vasitəsilə göndərmələri, habelə www.supremecourt.gov.az saytından onlayn müraciət etmələri;

- vəkillərin kassasiya, əlavə kassasiya şikayətləri və digər prosessual müraciətləri poçt vasitəsilə göndərmələri;

- yazılı müraciətlərin məktublar qutusuna atılması;