Norveçdə ölkəyə daxil olan hər kəs karantinə alınacaq


Dünya 16 Mar 2020 17:21:00 125 0

Norveçdə ölkəyə daxil olan hər kəs karantinə alınacaq

Norveç hökuməti digər ölkələrdən qayıdan bütün şəxslərin iki həftəlik karantinə alınması barədə qərar qəbul edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu qərar martın 17-dən qüvvəyə minəcək.

Daha əvvəl karantin İsveç və Finlandiyadan qayıdanlara şamil olunmurdu.

Karantin qaydalarını pozan şəxslər cərimələnə və ya 6 ay müddətinədək həbs oluna bilər.