Koronavirusun aşkarlandığı ölkələrin sayı artdı


Dünya 16 Mar 2020 16:32:28 157 0

Koronavirusun aşkarlandığı ölkələrin sayı artdı

Hazırda virus 159 ölkə və bölgədə qeydə alınıb

© sciencemag.org

Afrikada koronavirusun qeydə alındığı ölkələrin sırasına Tanzaniya da qoşulub.

“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ummi Mvalimu açıqlayıb.

Məlumata görə, koronavirusa yoluxmuş şəxs daha öncə Belçikaya səfər edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 159 ölkə və bölgədəqeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 173 167-yə çatıb. Bunların 77 789 nəfəri sağalıb, 6 666 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.