Türkiyə Müdafiə Nazirliyi: “İdlibdə Rusiya ilə birgə birinci postpatrul xidməti başa çatıb”


Dünya 15 Mar 2020 17:45:00 190 0

Türkiyə Müdafiə Nazirliyi: “İdlibdə Rusiya ilə birgə birinci postpatrul xidməti başa çatıb”

Suriyanın şimalında İdlib vilayətində Türkiyə ilə Rusiyanın birgə birinci post-patrul xidməti başa çatıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirlib.

Açıqlamada qeyd olunub ki, İdlibdəki M4 quru yolunda Türkiyə ilə Rusiya hərbçilərinin quruda və havada birgə post-patrul fəaliyyəti icra edilib.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında 5 martda Moskvada imzalanan İdlib müqaviləsindən sonra bu, tərəflər arasında ilk birgə post-patrul xidmətidir.