İranİraq sərhədləri bağlı qaldı


Dünya 15 Mar 2020 16:02:00 142 0

İranİraq sərhədləri bağlı qaldı

Yeni koronavirusla əlaqədar İran-İraq sərhədləri naməlum müddətə bağlı qalacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu, İranın Gömrük Administrasiyasının məlumatında öz əksini tapıb.

Məlumata əsasən, İraqın Sərhəd Gömrükləri İdarəsi 8 martdan 15 martadək İranla sərhədlərin dezinfeksiya tədbirləri və səhiyyə avadanlıqlarının artırılması ilə əlaqədar bağlı olacağını elan etmişdi.

Məlumatda bildirilir ki, qeyd olunan müddətin sona çatması ilə İraq tərəfi sərhəd gömrüklərinin yenidən bağlı qalacağını elan edib.

Məlumatda qeyd olunur ki, İranın İraqla Xosrəvi, Sumar, Mehran, Çəzzabə və Şələmçə gömrük sərhədləri həm piyadalar, həm də ticarət üçün bağlı olacaq.