Dünyanın 9 ölkəsində koronavirusa yoluxanların sayı artdı


Dünya 14 Mar 2020 15:06:47 141 0

Dünyanın 9 ölkəsində koronavirusa yoluxanların sayı artdı

7 ölkədə koronavirus daşıyıcılarının sayı artıb

Finlandiya, Estoniya, Latviya, İsveçrə, Belçika,Əfqanıstan, Tailand, Filippin vəQanada koronavirusa yoluxanların sayı artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus daşıyıcılarının sayı Finlandiyada 210, Estoniyada 109, Latviyada 26, Belçikada 689, İsveçrədə 1359,Əfqanıstanda 10, Tailandda 82, Filippində 98, Qanada isə 2 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 149 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 146 437-yə çatıb. Bunların 72 572 nəfəri sağalıb, 5 445 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.