“Karmen” koronavirusa görə tamaşaçısız qaldı


Dünya 13 Mar 2020 21:35:00 107 0

“Karmen” koronavirusa görə tamaşaçısız qaldı

Koronavirusun sürətlə yayılması səbəbindən bütün kütləvi tədbirlər qadağan olunan Almaniyada teatr və kinoteatrlar da bağlanıb.

Son.az Day.Az-a istinadən bildirir ki, buna baxmayaraq Berlində Unter-den-Lindendə planlaşdırılan "Karmen" operasi nümayiş olunub.

Qadağa səbəbindən tamaşaçısız qalan təşkilatçılar operanı canlı yayımla nümayiş etdiriblər.

Berlində Dövlət Opera Teatrının aprelin ortalarına qədər bağlanması barədə qərar verilib.