Baş infeksionist: Koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verilməlidir


Digərləri 13 Mar 2020 21:38:00 121 0

Baş infeksionist: Koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verilməlidir

Vətəndaşlar koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev bildirib ki, vətəndaşlarımız insanların kütləvi toplaşdığı yerlərdən kənar durmalıdır.

O qeyd edib ki, açıq və təmiz havada olmaq lazımdır: "Bunlara əməl etsək, immun sistemimiz güclü olar, nəinki koronovirusa qarşı, eləcə də digər infeksiyalara".