Azərbaycanda yas mərasimlərinin keçirilməsi qadağan edildi


Digərləri 13 Mar 2020 21:29:00 135 0

Azərbaycanda yas mərasimlərinin keçirilməsi qadağan edildi

Sabahdan Azərbaycanda dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.

Son.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan xəbər verilib.

Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq.