Bu ölkədə məktəblilərin yaz tətili vaxtından əvvəl başlayacaq


Digərləri 13 Mar 2020 04:30:00 214 0

Bu ölkədə məktəblilərin yaz tətili vaxtından əvvəl başlayacaq

Qazaxıstan dünyada yayılan koronavirusun pandemiya kimi tanınması ilə əlaqədar profilaktik tədbirlər görür. Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Təhsil Nazirliyi orta məktəb şagirdlərinin bu il martın 16-dan aprelin 5-dək yaz tətili keçirəcəklərini açıqlayıb. Ali məktəb tələbələri distant təhsilə keçəcəklər. Dövlətin "Bolaşak" proqramı ilə xarici ölkələrdə təhsil alanlar Qazaxıstana qaytarılacaq.

Bundan əlavə, ticarət mərkəzlərində yerləşən kinoteatrlar müvəqqəti işləməyəcək. Ölkə başçısının qərarı ilə Qazaxıstanda kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.