Qanadları ən uzun təyyarənin sınaq uçuşları bərpa ediləcək FOTO


Digərləri 13 Mar 2020 03:30:00 191 0

Qanadları ən uzun təyyarənin sınaq uçuşları bərpa ediləcək  FOTO

Qanadları rekord uzunluğa malik "Stratolaunch" təyyarəsinin hazırlanması ilə məşğul olan ABŞ-ın "Stratolaunch Systems" aerokosmik şirkəti 2020-ci ilin sentyabrında "Model 351" adlı hava gəmisinin sınaq uçuşlarının bərpasını planlaşdırır. Bu barədə şirkətin vitse-prezidenti Mark Bitterman bildirib.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, "Stratolaunch" təyyarəsinin təşəbbüskarı "Microsoft" korporasiyasının mərhum həmtəsisçisi Pol Allen olub.

"Stratolaunch" uçuş trayektoriyasını effektiv seçməyə və az enerji sərf etməyə imkan verən raket və kosmoplanların buraxılışı üçün "hava startı" sistemi kimi hazırlanıb. İkifüzelyajlı (ikigövdəli) təyyarənin qanadlarının uzunluğu 117 metrdir və bu göstəriciyə görə onun dünyada tayı-bərabəri yoxdur. Təyyarənin uzunluğu 72 metr, hündürlüyü 15 metr, çəkisi 226,8 ton, maksimal uçuş kütləsi isə 589,7 ton təşkil edir. Əvvəlcə uçuş-enmə zolağında sınaqları keçirilən "Stratolaunch" 2019-cu ilin aprelində ilk dəfə havaya qalxıb. Ötən ilin oktyabrında isə "Stratolaunch Systems" şirkətinin sahibi dəyişib.

Vitse-prezidentin sözlərinə görə, şirkət tərəfindən "Stratolaunch Model 351" təyyarəsinin uçuşları davam etdiriləcək, lakin bu dəfə ondan raketlərin buraxılışı üçün deyil, şirkət və digər istehsalçılara məxsus atmosfer və suborbital hipersəsli aparatlar üçün daşıyıcı qismində istifadə nəzərdə tutulur.