Ərdoğandan Əsədə sərt xəbərdarlıq


Dünya 12 Mar 2020 19:34:00 147 0

Ərdoğandan Əsədə sərt xəbərdarlıq

Dəməşq Türkiyənin İdlibdəki mövqelərinə hücum etməyə davam edərsə Əsəd rejiminə zərbələr endiriləcək.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Müşahidə məntəqələrimizə ən kiçik hücum olacağı təqdirdə biz cavab verəcəyik. Bizim cavabımız güclü olacaq", - deyə Ərdoğan vurğulayıb.

O əlavə edib ki, Türkiyə rejimin atəşkəs rejiminə riayət etməsini diqqətlə izləyir.