Olimpiya məşəli alovlandırılıb


Dünya 12 Mar 2020 18:29:00 181 0

Olimpiya məşəli alovlandırılıb

Bu gün Yunanıstanda - tarixi məkan Olimpiyada XXXII Yay Olimpiya Oyunları üçün olimpiya məşəlinin alovlandırılması mərasimi keçirilir.

Son.az Day.Az-a istinadən xəbər verir ki, 35 ildə ilk dəfədir ki, koronavirusun sürətlə yayılması səbəbindən mərasimdə tamaşaçı və mətbuat işçiləri iştirak etmir.

Məşəlin alovlandırılması mərasiminə Beynəlxalq Olimpiya Komitəsi və Tokiodakı oyunların təşkilat komitəsi üzvlərinin qatılmasına izn verilib.  

Məşəl iyulun 10-da Tokioya çatdırılacaq, XXXII Yay Olimpiya Oyunları isə iyulun 24-də start götürəcək və avqustun 9-da başa çatacaq.