Bu günə qədər fermerlərə 110 milyon manata yaxın subsidiya verilib


Digərləri 12 Mar 2020 15:49:00 136 0

Bu günə qədər fermerlərə 110 milyon manata yaxın subsidiya verilib

Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə 361 min nəfərdən artıq fermer payızlıq əkinlərini bəyan edib.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, həmin şəxslərə payızlıq əkin subsidiyaları veriləcək:

"Subsidiya sənədləri təsdiqlənən şəxslərin subsidiyalarının ödənilməsinə başlanıb. Martın 20-dək əkin sahələrini bəyan edən fermerlərə subsidiyaların verilməsi prosesi başa çatacaq. Bu günə qədər artıq 110 milyon manata yaxın vəsait verilib".

V.Hüseynov bildirib ki, kartlara köçürülən subsidiyaların 25 faizini fermer nağd şəkildə alır: