İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib


Digərləri 12 Mar 2020 14:14:00 189 0

İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib

İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, COVID-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə martın 19-dan 29-dək planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.