Koronavirusa yoluxan 100 yaşlı kişi sağaldı


Dünya 12 Mar 2020 13:09:00 141 0

Koronavirusa yoluxan 100 yaşlı kişi sağaldı

Çində 100 yaşında koronavirusa yoluxan kişi sağalıb. Bu barədə "Xinhua" xəbər yayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, soyadı Vanq olduğu bildirilən xəstənin həmçinin yüksək təzyiq və ürək çatışmazlığı problemləri var, Altsheymer xəstəliyindən əziyyət çəkir.

Bildirilir ki, bu kişi xəstəliyə qalib gələn ən yaşlı pasiyentdir.

Tibb işçiləri hadisəni "möcüzə" adlandırıblar.