Koronavirus nədən qorxur?


Digərləri 11 Mar 2020 23:39:00 161 0

Koronavirus nədən qorxur?

Alimlər koronavirusun hansı səthlər, materiallar üzərində daha çox yaşamasını müəyyən ediblər.

Son.az medicina.az-a istinadən bildirir ki, Amerikalı mütəxəssislər belə qənaətə gəliblər ki, bu virus uzun müddət karton və plastikdə yaşasa da, polad və mis üzərində bir neçə saat ərzində ölür.

ABŞ Xəstəliklərinə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin mütəxəssisləri müəyyən ediblər ki, koronavirus mis və poladda təxminən iki saat yaşaya bilsə də digər səthlərdə daha uzun müddət qala bilir.

Ancaq alimlər infeksiyanın yük daşınması yolu ilə yayıla biləcəyi ehtimalını inandırıcı qəbul etmirlər. Çünki mallar daşınarkən virusun ölməsi üçün kifayət edəcək qədər uzun məsafə qət edir.