İsveç və Bolqarıstanda koronavirusdan ilk ölüm qeydə alındı


Dünya 11 Mar 2020 20:26:05 157 0

İsveç və Bolqarıstanda koronavirusdan ilk ölüm qeydə alındı

​İsveçdə koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

© google

İsveçdəkoronavirusdan ilk ölüm faktı qeydə alınıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, pasiyent Stokholm şəhərinin ətrafındakı Pudinqdə, Carolina Universiteti Xəstəxanasının Reanimasiya şöbəsində ölüb.

Onunəvvəllər başqa xəstəlikdən əziyyət çəkdiyi və busəbəbdən immunitetinin zəiflədiyi bildirilib.

Eyni zamandaBolqarıstanSəhiyyə Nazirliyi ölkədə66 yaşlı qadının koronavirusdan öldüyünü açıqlayıb:"Qadın kəskin sətəlcəm diaqnozu iləN.İ.Piroqov adına xəstəxanayagətirilib. Həkimlərin səylərinə baxmayaraq,onun həyatını xilas etmək mümkünolmayıb".

Məlumatda onunxroniki ürək çatışmazlığı problemindən əziyyət çəkdiyi və bu yaxınlarda əməliyyat keçirdiyi də qeyd olunub.

Hazırda İsveçdə koronavirus daşıyıcılarının sayı 486, Bolqarıstanda isə 6nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 025-ə çatıb. Bunların 66 988 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.