"Görülən tədbirlər xarici şokların Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirəcək"


Digərləri 11 Mar 2020 20:28:00 151 0

"Görülən tədbirlər xarici şokların Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirəcək"

Xarici şokların Azərbaycan iqtisadiyyatına təsirinə qarşı ölkəmizin göstərdiyi çevik reaksiyalar, atılan addımlar qlobal şok və xarici iqtisadi faktorların iqisadiyyatımıza təsirlərini minimum endirməyə imkan verəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, OPEK və OPEK-ə üzv olmayan ölkələrin istehsal həcminin azaldılması ilə bağlı anlaşma imzalaya bilməməsi neftin qiymətində kəskin azalmaya səbəb olur:

"Neft bazarı bu həftə praktik olaraq "çökmə" ilə başladı. Bu da təbii ki, 1991-ci ildən sonra neftin qiymətində ən aşağı qiymətlər idi. Sözsüz ki, neftin qiymətinin enməsi xarici faktor olaraq, Azərbaycan iqtisadiyyatına təsir edir".

V.Bayramov əlavə edib ki, 2014-cü ildən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı, eləcə də iqtisadiyyatın diversifikasiyası ilə bağlı aparılan tədbirlər mərhələli şəkildə neftdən asılılığın aradan qaldırılmasına xidmət edib.