Gürcüstanda məktəblərdə tətil koronavirusa görə uzadıldı


Dünya 11 Mar 2020 20:00:00 124 0

Gürcüstanda məktəblərdə tətil koronavirusa görə uzadıldı

Gürcüstanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bütün təhsil müəssisələrində tətil aprelin 1-nə qədər uzadılıb.

Son.az Day.Az-a istinadən xəbər verir ki, belə qərar Baş nazirin başçılığı altında idarələrarası koordinasiya şurasının iclasında qəbul edilib. Bundan öncə isə təhsil müəssisələrində dərslərin martın 16-da bərpa olunacağı barədə qərar verilmişdi.

Qeyd edək ki, bu gün Gürcüstan Futbol Federasiyasının (GFF) rəhbərliyi də ölkə çempionatının bütün mərhələlərini aprelin 1-ə qədər dayandırmaq barədə qərar qəbul edib.

Son məlumata görə, Gürcüstanda 23 koronavirusa yoluxma faktı təsdiqini tapıb, 298 nəfər karantində, daha 46 nəfər isə stasionar tibb müəssisələrində həkim nəzarəti altındadır.