Gürcüstan Konstitusiyasına dəyişikliklər ediləcək


Dünya 11 Mar 2020 19:14:08 156 0

Gürcüstan Konstitusiyasına dəyişikliklər ediləcək

Gürcüstan Konstitusiyasına seçki sistemi ilə bağlı dəyişkliklər ediləcək.

© google

Gürcüstan seçki sistemi ilə bağlı konstitusiyasına dəyişkliklər etmək qərarına gəlib.

“Report”un yerli bürosu xəbər verir ki, müvafiq qanun layihəsi Gürcüstan parlamentinin bürosuna təqdim olunub.

Layihədə bildirilib ki, 2020-ci ilin parlament seçkiləri qarışıq sistem üzrə keçiriləcək və qanunverici orqana 120 deputat proporsional, 30 deputat isə majoritar sistem üzrə seçiləcək. Proporsional seçkilər 1%-lik seçki baryeri ilə keçiriləcək.

Sənəddə qeyd olunub ki, seçkilərdə proporsional sistem üzrə 40,54%-dən az səs toplayan partiya və ya siyasi blok hökumətin formalaşdırılmasında müstəqil olaraq iştirak edə bilməyəcək.

Qanun layihəsinə əsasən, parlament seçkilərində iştirak etmək istəyən partiya 5 000 seçicinin imzasını təqdim etməli olacaq. Son parlament və yerli idarəetmə orqanlarına seçkilərdə iştirak edən və proporsional olaraq ən azı 15 000 səs əldə edən partiya və ya bloklar, həmçinin 2018-ci ildə prezident seçkilərində namizəd irəli sürən və ən azı 15 000 səs toplayan partiyalar bu sayda imza verməkdən azad edilir.

Sənəddə vurğulanıb ki, 2024-cü ilə qədər növbədənkənar seçkilərin keçiriləcəyi halda qanun layihəsində nəzərdə tutulan müvəqqəti seçki sistemi qüvvədə olacaq.