“Özünə hörmət edən “TikTok” videosu çəkməz”


Digərləri 11 Mar 2020 18:50:00 198 0

“Özünə hörmət edən “TikTok” videosu çəkməz”

Sirr deyil ki, sosial şəbəkələr gənclər arasında kütləvi şəkildə istifadə olunur. Hər bir sosial şəbəkə auditoriyasını artırmaq üçün yalnız ünsiyyət. Mesajlaşma deyil, həm də geniş profilli başqa xidmətlər də təklif edir.

"İnstagram"da bu maraq fotolarla təmin olunursa, son günlər barəsində ən çox söz etdirən "Tik-Tok" proqramı isə videoçarxlarla gəncləri özünə cəlb edir.

Son.az xəbər verir ki, "Tik Tok" kimi şəbəkələrin gənclərə mənfi təsiri ilə bağlı modern.az psixoloq Vüsalə Əmiraslanova ilə danışıb. Psixoloq "Tik-Tok"dan isitfadə edənlərlə bağlı kifayət qədər sərt sözlər deyib.

"Tik-toku zarafatla da, hansısa hərəkətə görə də çəkmək olar. Amma bayağı mahnılara tik-tok çəkmək yaxşı deyil. Bu insanın öz şəxsiyyət səviyyəsini aşağı salır. Əgər insan özünə hörmət edirsə, bayağı mahnıya götürüb Tik-Tok çəkməz. Özü üçün bir-iki dənə video çəkirsənsə, özün baxmaq üçün edirsənsə, bu başqa bir şeydir. Yox, əgər bunu ictimailəşdirirsən, hamının buna baxması üçün edirsənsə, demək, özünü hələ həyatda tapmamış, bununla hamının görməasi üçün özünü reklam edirsən. Burada çox xırda məqam var. Həmçinin "Tik-Tok" istifadəçisi özü də "bu mənim nəyimə lazımdır?" sualını özünə vermə nöqtəsinə çatmalıdır".

Psixoloq "Tik-Tok"dan istifadə edənlərə valideyn nəzarətinin güclü olmasını önə çəkib.