Qanada iki avtobus toqquşub: çox sayda ölən var


Dünya 09 Mar 2020 20:04:29 147 0

Qanada iki avtobus toqquşub: çox sayda ölən var

Qananın mərkəz hissəsində 2 avtobusun toqquşması nəticəsində ən azı 27 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Daily Graphic" nəşri yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Hadisə bu gün səhər saatlarında Bono-İst bölgəsində Kavampe və Davadava şəhərləri arasında səhər baş verib

Qəzada adi avtobus və sərnişinlərdən əlavə bibər torbaları daşıyan "Sprinter" mikroavtobusu iştirak ediblər. Baş verən toqquşma nəticəsində hər iki avtobus yanıb.