Günün qoroskopu: Ailə münasibətlərində qarşılıqlı anlaşma ən önəmli məqamdır


Digərləri 05 Mar 2020 00:01:00 232 0

Günün qoroskopu: Ailə münasibətlərində qarşılıqlı anlaşma ən önəmli məqamdır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - dinamik və hadisələrin sürətlə inkişaf edəcəyi bir gündür. Rəqabət və ya işgüzar münasibətlərə şəxsi məsələlərin qarışması ambisiyalarınızla maliyyə gözləntilərinizə təsir edə bilər. Güclü narazılıq impulsu istisna deyil. Münasibətlərdə kompromiss tapmaq, ziddiyyət və ambisiyaları çözmək, hissləri sakitləşdirmək asan deyil. Arzuladığınız nəsnənin əlçatmaz olduğunu anlayanda yeni orientirlər seçin.

Buğa - Dəyişikliklər üçün əlverişli gündür. Aktivliyiniz yeniliklərə rəvac verməli, köhnə yeni ilə əvəzlənməlidir. Alış-veriş üçün əlverişli gündür. Axşam saatlarında qonaq qəbul etmək, yaxud da qonaq getmək olar. Tək qalmayın. Yarımçıq işləri sabah başa çatdırmaq olar.

Əkizlər - emosional durumunz ətrafınızdakı insanlara təsir edir. Yaşamınıza yeni mövzu daxil olur, yeni maraq, fəaliyyət sahəsi peyda olur. Narahatlıq və ya qayğı varsa, onun səbəbini anlamağa çalışın. Mühüm cavablar alaraq perspektivləri anlaya biləcəyiniz əlaqələrə günün energetikası rəvac verəcək. Problemi çözmək üçün sürətli, ayıq, amma soyuqqanlı olun. Xərçəng - aktiv, hadisələrlə zəngin gündür. Yaradıcılıq imkanlarınızı inkişaf etdirin, parlaq və güclü təəssüratlarınızı fəaliyyətinizin xeyrinə çevirin. Səfər, gəzinti, dəvətli tədbir və toplantı xoş hisslər, müsbət emosiyalar yarada bilər.

Xərçəng  - ehtiyatıl olun, sərvaxt davranın. Maliyyə çətinlikləri, itkilər istisna deyil. Yaxınlarınız sizi dəstəkləməyə çalışır, yaxşı məsləhətlər verirlər. Yalnız öz fikirlərinizi həqiqət saymayın. Sükan arxasında həddən ziyadə diqqətli olun.

Şir - Emosiyalara qapılmayın, məntiqlə hərəkət edin. "Bu mənə lazımdırmı?" sualına cavab tapmadığınız işlə məşğul olmayın. Mühüm məsələlərdən birində artıq səhər yön dəyişməsi və istiqamətin fərqli vəziyyət alması istisna deyil. Şəxsi münasibətlərdə çətin dövrdür. Hirs, düşünülməmiş deyilən sözlər və acıqlı davranış gözləntinin vaxtının uzandığı münasibəti darmadağın edə bilər.

Qız -  Sizi maraqlandıran hadisələrin mərkəzində olun, mühüm olayı nəzərdən qaçırmayın. Konkret planlar qurmayın. Gərginlikdən, narahat gözləntidən qurtulun. Yaşamın özündən proses təki həzz alın, həyat arealınızı tədqiq edin. Öz dalğanızda olun, kimsənin qarşısında əyilməyin, zalımın önündən geri çəkilməyin.

Tərəzi - Ciddi hisslər yarada biləcək tanışlıq yaşana bilər. Perspektivi olmaya işə başlayaraq vaxt itkisinə yol verməyin. Günün ikinci yarısında təmayüllərdən yararlanaraq çox iş görə bilərsiniz. Alış-veriş üçün əlverişli gündür.