Rustürk gərginliyi ABŞa fürsət verdi...


Dünya 29 Fev 2020 15:06:00 136 0

Rustürk gərginliyi ABŞa fürsət verdi...

ABŞ rus-türk münasibətlərini gərginləşdirmək üçün İdlibdəki son olayları fürsət kimi dəyərləndirir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı ekspert Vladimir Batyuk İdlibdəki son prosesləri şərh edərkən deyib.

"Amerikalılar bu olayları Türkiyə-Rusiya arasında nifaq toxumu səpmək, ən azı razılaşmanı pozmaq üçün fürsət olaraq görürlər. Amerikalılar S-400 razılaşmasından çox narahatdırlar, bunu xarici siyasətin uğursuzluğu kimi qəbul edirlər", - deyə ekspert bildirib.

Batyuk bildirib ki, Vaşinqton Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını almaq üçün müxtəlif hiylələr düşünəcək, lakin proseslərə birbaşa müdaxilə etməyəcək.