Samirə “Eurovision”da nə oxuyacaq?


Şou-biznes 29 Fev 2020 13:49:00 188 0

Samirə “Eurovision”da nə oxuyacaq?

Dünən İctimai Televiziya "Eurovision-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının Samirə Əfəndi olduğunu açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi üçün hazırlanan klip və mahnı martın 10-dək açıqlanacaq.Hazırda təşkilat komitəsi iki mahnı arasında seçim aparır. Onlar ingilis dilində "Scars" və "Cleopatra"dır.

İddiaya görə, ballada janrında olan "Scars" Azərbaycanın "Eurovision -2012" mahnısı olan "When The Music Dies"i (ifaçı Səbinə Babayeva) xatırladır.  Mahnının girişində ud ifasına yer verilib.

Digər orta tembli mahnı isə "Cleopatra"dır.  Lakin musiqi prodüserlərinin "Scars" üzərində dayanacaqları qeyd olunub.