“Eşq əzabı çəkməyi sevirəm”


Digərləri 29 Fev 2020 10:01:00 132 0

“Eşq əzabı çəkməyi sevirəm”

Türkiyəli müğənni Göksel şəxsi həyatı ilə bağlı açıqlama verib.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı xəyanətlə üzləşdiyini etiraf edib:

"Xəyanət etməmişəm, amma mənə ediblər. Aşiq olanda özümü tanıya bilmirəm. Qoyduğum sərhədlər yox olur. Birini bu qədər sevmək məni həyəcanlandırır. Canım ağrısa belə getməsini istəmirəm. Eşq əzabı çəkməyi də sevirəm. Qəlbim heç vaxt boş qalmır".