Tramp bir sıra ölkələrin liderləri ilə görüşmək istəyir


Dünya 29 Fev 2020 05:25:23 124 0

Tramp bir sıra ölkələrin liderləri ilə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp Rusiya, Çin, Böyük Britaniya və Fransa liderləri ilə görüşmək niyyətindədir.

ABŞ prezidenti Donald Tramp Rusiya, Çin, Böyük Britaniya və Fransa liderləri ilə görüşmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilir ki, Ağ Ev rəhbəri Vladimir Putin, Si Szinpin, Boris Conson və Emmanuel Makronla silahlanmalar üzərində nəzarət məsələsini müzakirə etmək niyyətindədir.

Agentliyin məlumatına görə, Tramp BMT Təhlükəsizlik Şurasının beş daimi üzv ölkəsinin liderlərinin görüşündən Rusiya və Çinlə silahlanmalar üzərində nəzarət üzrə üçtərəfli razılaşmaya dair məsələdə irəliləyişə nail olmaq üçün istifadə etmək istəyir.

"Birləşmiş Ştatlar silahlanmalar üzərində nəzarətin beynəlxalq çərçivələrinə Rusiyanı və Çini daxil etmək və bahalı, qızğın silahlanmanın qarşısını almaq üçün bu imkandan istifadə edir", - ABŞ prezidenti administrasiyasındakı yüksək vəzifəli məmur agentliyə deyib.

Beş dövlət başçısının mümkün görüşünün keçirilməsi tarixi hələlik məlum deyil.