Bu gün ABŞ və “taliblər” sülh sazişi imzalayacaq


Dünya 29 Fev 2020 02:37:29 151 0

Bu gün ABŞ və “taliblər” sülh sazişi imzalayacaq

ABŞ və “Taliban” radikal hərəkatı Qətərin paytaxtı Dohada Əfqanıstandan qoşunların çıxarılması və ölkədə sülh prosesi haqqında saziş imzalayacaq.

ABŞ və “Taliban” radikal hərəkatı Qətərin paytaxtı Dohada Əfqanıstandan qoşunların çıxarılması və ölkədə sülh prosesi haqqında saziş imzalayacaq.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Razılaşma ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzad və taliblərin 2018-ci ilin oktyabrından Dohada apardıqları danışıqların nəticəsi olacaq. ABŞ-ın dövlət katibi Maykl Pompeo mərasimdə iştirakını təsdiq edib. “Talib”lər tərəfindən sənədə "Taliban" liderinin müavini, hərəkatın Qətər siyasi ofisinin rəhbəri molla Abdulla Qəni Baradarın imza atacağı gözlənilir.

Sazişin imzalanmasına əməl edilməsini 30 ölkədən müşahidəçilər izləyəcəklər. Pakistan nümayəndə heyətinə ölkənin xarici işlər naziri Şah Mehmud Kureşi başçılıq edəcək.