Bu ölkədə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib


Dünya 29 Fev 2020 00:45:00 118 0

Bu ölkədə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib

İsveçrə hökuməti yeni növ koronavirus təhlükəsi ilə əlaqədar ölkədə keçirilən və mindən artıq şəxsin iştirakı nəzərdə tutulan bütün kütləvi tədbirləri qadağan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Şimali İtaliyada virusun yayılması ilə əlaqədar Alp ölkəsində bir sıra böyük tədbirlər təxirə salınıb. Təxirə salınan tədbirlər arasında avtomobil bazarında özünəməxsus yerə malik "Cenevrə Avtosalonu" (5-15 mart) da var.

Kütləvi tədbirlərin qadağan olunmasına dair qərar martın 15-dək qüvvədə olacaq, aktual vəziyyəti nəzərə alaraq qadağanın uzadılması barədə qərar həmin vaxt veriləcəkdir.