Artroz: “kilidlənmiş” oynaqların açılması


Digərləri 28 Fev 2020 23:35:00 116 0

Artroz: “kilidlənmiş” oynaqların açılması

Oynaq toxumasının degenerasiyası və distrofiyası ilə xarakterizə olunan artrozun səbəbləri əsasən artıq çəki, oynaqların yüklənməsi, allergik reaksiyalar, travma və infeksiyalardır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xəstəliyin gedişi və formasından asılı olaraq ən xırda oynaqlardan tutmuş fəqərəarası disklərə qədər zədələnmə baş verə bilər. Lakin artroz əsasən iri oynaqları¬ - bud-çanaq, diz və topuq oynaqlarını əhatə edir.

Xəstələr axşam saatlarında güclənən və dincələndə sakitləşən ağrıdan, hərarətin 37-37,5 dərəcəyədək yüksəlməsindən şikayətlənirlər. Sonrakı mərhələdə oynaqlarda çox kəskin ağrılar yaranır, hərəkət tam məhdudlaşır və oynaqlar sanki "kilidlənir."

1 xörək qaşığı qara qarağat yarpaqları 500 ml qaynar suda 2-3 saat dəmlənir, dəmləmə iki-üçqat tənzifdən süzülərək gündə 3-4 dəfə 1 çay qaşığı ilıq şəkildə qəbul edilir.

1 xörək qaşığı mərcangilə yarpaqları xırdalanır, üzərinə 1 stəkan qaynar su əlavə olunaraq vam ocaqda qaynadılır və 17-20 dəqiqə soyudulur. Bişirmə soyuyandan sonra süzülür və gün ərzində kiçik qurtumlarla içilir.