Maserati yeni idman avtomobilinin adını açıqlayıb FOTO


Digərləri 28 Fev 2020 21:01:00 134 0

Maserati yeni idman avtomobilinin adını açıqlayıb  FOTO

Maserati şirkəti bu ilin may ayında təqdim etməyi planlaşdırdığı idman avtomobilinin adını açıqlayıb. Avtomobil MC20 adını alacaq, 2004-cü ildə debüt edən orta mühərrikli MC12 superkarının varisi olacaqdır.

Son.az autograph.az-a istinadən bildirir ki, avtomobil hazırda Maserati mühəndislərinin hazırladığı V6 mühərrikini alacaqdır. Bundan əlavə, 2021-ci ilə qədər modelin rodster kuzovlu versiyası və daha sonra isə, tamölçülü elektrokar göstərilə bilər.

Gələcək idman avtomobilinin testlərindən ilk görüntülər ötən ilin noyabrında ortaaya çxımışdılar. O zaman, şirkət yollara Alfa Romeo 4C kimi maskalanmış prototipi buraxmışdı. Bununla belə, eksteryer dizaynındakı bəzi elementlərin seriya versiyasına köçürülməsi də mümkündür.

Maserati MC12 sportkarı 2004-cü ildən 2005-ci ilədək cəmi iki il ərzində istehsal olunubdur. Avtomobil Ferrari Enzo platformasında inşa edilmiş və 6,0-litrlik V12 mühərrikini də ondan almışdı. MC12 modelinin buraxılış tirajı 62 nüsxədən ibarət olub. Onlardan 50 nüsxəsi ümumi yollar, 12 ədədi isə trek üçün hazırlanmışdı .