İran parlamenti fәaliyyәtini dayandırdı


Dünya 28 Fev 2020 20:29:00 100 0

İran parlamenti fәaliyyәtini dayandırdı

İranda yeni koronavirusun yayılması ilә әlaqәdar parlament fәaliyyәtini dayandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin rәyasәt heyәtinin sözçüsü Әsәdulla Abbasi IRIB-ә açıqlamasında deyib.

Ә.Abbasinin sözlәrinә görә, parlamentin fәaliyyәti namәlum müddәtә dayandırılıb.

Abbasi әlavә edib ki, büdcә layihәsi vә kәnd tәsәrrüfatı nazirinin etimad sәsi qazanması ilә әlaqәdar iclaslar tәxirә salınıb.