Azərbaycanlıların yaşadığı kəndin zibil problemi aradan qaldırılacaq


Dünya 28 Fev 2020 18:49:02 112 0

Azərbaycanlıların yaşadığı kəndin zibil problemi aradan qaldırılacaq

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlıların yaşadığı Talaveri (Faxralı) kəndinin sakinləri uzun illərdir məişət tullantıları üçün xüsusi poliqonun yaradılmasını tələb edirlər.

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlıların yaşadığı Talaveri (Faxralı) kəndinin sakinləri uzun illərdir məişət tullantıları üçün xüsusi poliqonun yaradılmasını tələb edirlər.

“Report”un yerli bürosu xəbər verir ki, rayonun rəhbəri David Şerazadişvili problemlə yerində tanış olmaq üçün kəndə baş çəkib.

Kənd sakinləri bildiriblər ki, neçə ildir tullantılar yerə atılır və böyük ərazidə zibil qalaqları yaranıb.

D.Şerazadişvili deyib ki, məsələ araşdırılacaq və problemin aradan qaldırılması üzrə müvafiq tədbirlər görüləcək.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək