İranda daha dörd deputat koronavirusa yoluxdu


Dünya 28 Fev 2020 18:39:00 90 0

İranda daha dörd deputat koronavirusa yoluxdu

İranda daha dörd deputat koronavirusa yoluxub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Məhəmməd Əli Vəkili "Twitter" hesabında bəyan edib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq parlamentdə 30 vəkilə virus testi aparılıb.

Məhəmməd Əli Vəkili virusa yoluxan deputatların adlarını açıqlamayıb.

"Koronavirus testlərinin nəticələrinə görə, parlamentdə 30 həmkarımızdan indiyə qədər dördünün testi pozitiv çıxıb", - deyə o bildirib.

Qeyd edək ki, İran Səhiyyə nazirinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Kiyanuş Cihanpur "COVID-19" səbəbindən ölkə ərazisində 26 nəfərin öldüyünü bildirib.