Xəstə uşaqları məktəbə aparmayın


Digərləri 28 Fev 2020 18:13:00 118 0

Xəstə uşaqları məktəbə aparmayın

Xəstə uşaq olarsa məktəbə buraxmaq lazım deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev qeyd edib ki, xəstə uşaqların məktəbə aparılmaması hər hansı virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayır: "Bu, təkcə koronavirusla bağlı deyil, ümumiyyətlə respirator xəstəliklərinin qarşısının alınmasında xəstə uşaqların məktəbə aparılmaması tövsiyə olunur".