Azərbaycanda koronavirusa yoluxmuş xəstənin vəziyyəti necədir?


Digərləri 28 Fev 2020 17:58:00 115 0

Azərbaycanda koronavirusa yoluxmuş xəstənin vəziyyəti necədir?

Bu gün ölkədə aşkarlanan ilk koronavirus xəstəsi 1997-ci il təvəlüdlü Rusiya vətəndaşıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, xəstə sərhədi keçərkən məlumat verib: "Xəstə dərhal nəzarətə götürülüb. Hazırda karantində saxlanılır. Vəziyyəti stabildir, ağırlaşma yoxdur. Artıq xəstədən müavinələr olunub. Analizlər götürülüb. Həmin xəstə xüsusi boks şəraitində saxlanılır".