2020ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır


Digərləri 28 Fev 2020 17:49:00 109 0

2020ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır

"2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının altıncı iclası zamanı deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin sonuncu, dördüncü komponentinin 92 faizi başa çatıb:

"Bu ilin sonunadək Trans-Adriatik qaz kəməri layihəsinin başa çatması planlaşdırılır".

Qeyd edək ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.