Məktəbli anasına əl qaldıran atasını güllələdi


Dünya 28 Fev 2020 15:59:00 138 0

Məktəbli anasına əl qaldıran atasını güllələdi

16 yaşlı məktəbli anası ilə dava edən atasını güllələyərək qətlə yetirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Adıyaman vilayətində baş verib.

16 yaşlı Ş.Ö. evdə atası ilə anasının münaqişəsinin şahidi olub. Atası Mehmet Özer anasına əl qaldırdıqda isə o, özünü saxlaya bilməyib, evdə olan silahla atəş açıb. 

Xəstəxanaya yerləşdirilən kişi həkimlərin səyinə baxmayaraq, ölüb.