Yunanıstanda koronavirusa yoluxanların sayı artdı


Dünya 28 Fev 2020 15:39:22 138 0

Yunanıstanda koronavirusa yoluxanların sayı artdı

Yunanıstanda koronavirus son 2 gündə yayılmağa başlayıb

© google.az

Yunanıstanda daha 1 nəfərdə koronavirus aşkarlanıb.

“Report”“RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 4-ə çatıb.

Məlumata görə, yoluxan şəxs daha öncə İtaliyaya səfər etmiş 36 yaşlı yunanıstanlı qadındır. Bildirilir ki, qadının vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Yunanıstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 867 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 877-dən çoxdur.