Bakı Limanı koronavirusla bağlı gücləndirilmiş iş rejiminə keçib


Digərləri 28 Fev 2020 12:54:00 84 0

Bakı Limanı koronavirusla bağlı gücləndirilmiş iş rejiminə keçib

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də Qaynar Xətt fəaliyyətə başlayıb.

Bu barədət Son.az-a QSC-dən bildiriblər.

Qeyd olunub ki, dünya üzrə koronavirusun yayılması xəbərləri fonunda Bakı Limanı ərazisində mövcud nəzarət buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib.

Limana daxil olan sərnişinlər Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə xüsusi avadanlıqlar vasitəsilə yoxlanılır. Liman və Komitə əməkdaşları müvafiq mühafizə preparatları ilə təmin olunub, sərnişinlərin keçid məntəqələri vaxtı-vaxtında dezinfeksiya olunur. Səhiyyə Nazirliyinin təcili tibbi yardım avtomobilləri ərazidə daim fəaliyyət göstərir.