Koronavirus təhlükəsi Həcc ziyarətinə təsir göstərir?


Digərləri 28 Fev 2020 13:09:00 131 0

Koronavirus təhlükəsi Həcc ziyarətinə təsir göstərir?

Koronavirus təhlükəsi hələ ki azərbaycanlı zəvvarların Həcc ziyarətinə hər hansı təsir göstərməyib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, Həcc ziyarətinə sənəd qəbulu davam edir. Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı artıq 170 nəfəri ötüb.

Qeyd edək ki, ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.