İtdikdən 20 saat sonra tapılan yaşlı kişinin


Dünya 28 Fev 2020 11:09:00 122 0

İtdikdən 20 saat sonra tapılan yaşlı kişinin

Dənizlidə dağlıq ərazidə yoxa çıxan yaddaş pozğunluğu xəstəsi olan 90 yaşlı kişinin tapıldıqdan sonra ilk istəyi təəccübləndirib.

Son.az İHA-ya istinadən xəbər verir ki, eşşək almaq üçün Çivril qəsəbəsinə gedərkən yoxa çıxan Bəkir Kavlak adlı yaşlı kişi təxminən 20 saat sonra meşəlik ərazidə tapılıb. Yaşlı adamın ona tapan şəxslərdən ilk istəyi isə "isti çay" olub.

Tibbi müayinədən keçirildikdən sonra, Kavlakın yaxınlarına təhvil veriləcəyi deyilir.