"Tualetə gedirəm" deyən qız


Dünya 28 Fev 2020 09:47:00 146 0

"Tualetə gedirəm" deyən qız

Antalyada iki tanışı ilə qayalıqlara çıxan 25 yaşlı gənc qız tarazlığını itirərək 10 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Son.az DHA-ya istinadən xəbər verir ki, "Tualetə gedirəm" deyərək tanışlarının yanından ayrılan 25 yaşlı Berna Y. faciəvi şəkildə can verib.

Bernanın yıxıldığını görən oğlan dostları H.D. ve C.M. 112 Təcili Yardım Xidmətinə zəng edərək kömək istəyiblər.

Berna Y. xilasediclər tərəfindən yıxıldığı yerdən çıxarılarkən öldüyü məlum olub.  Berna Y. ilə tanışları H.D. ve C.M.-nin spirtli içki içdikləri deyilir. Polis, H.D. ilə C.M.-ni saxlayıb.