Azərbaycanda avtomobil yük daşımalarının həcmi artıb


Digərləri 28 Fev 2020 09:12:00 138 0

Azərbaycanda avtomobil yük daşımalarının həcmi artıb

2020-ci ilin yanvar ayında Azərbaycan 0,507 milyard dollar həcmində avtomobil yük daşımaları həyata keçirib ki, bu da 2019-cu ilin analoji göstəricisindən 0,2 faiz çoxdur.

Bu barədə Son.az Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən məlumat verir.

Ötən il ərzində avtomobil yük daşımalarının həcmi təxminən 0,416 milyon ton təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,4 faiz azdır.

İxrac avtomobil daşımalarının həcmi təxminən 0,09 milyon ton (azalma 14,2 faiz) və pul ekvivalentində 0,092 milyard dollar (artım 8,7 faiz) təşkil edib.

Hesabat dövründə idxal təxminən 0,161 milyon ton (azalma 0,16 faiz) və pul ekvivalentində 0,416 milyard dollar (azalma 1,4 faiz) təşkil edib.