Günün qoroskopu: peşəkar fəaliyyət sahəsində rəhbərliyin sizə münasibətinin dəyişməməsi üçün normal çalışın


Digərləri 28 Fev 2020 00:01:00 157 0

Günün qoroskopu: peşəkar fəaliyyət sahəsində rəhbərliyin sizə münasibətinin dəyişməməsi üçün normal çalışın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - səfərdə, yolda, ezamiyyətdə, səyahətdə ehtiyatlı olun. Problemlər yarana bilər. İstənilən işə başlamazdan öncə əvvəlki işi tam başa vurduğunuza əmin olun. Əks təqdirdə fikriniz dağılacaq, mühüm işi diqqət mərkəzində saxlaya bilməyəcəksiniz.

Buğa - taleyə və ya bəxtə güvənməyin, öz qüvvələrinizdən yararlanın və bu minvalla da uğur qazanın. Hadisələrin ənənəvi axarı dəyişir. Sadəlövh olmayın və başqa zamanlar sizi ehtiyatlı davranmağa vadar edəcək faktlarla hadisələri öz xeyrinizə yozmayın. Qərar qəbul etməyə tələsməyin. Az sonra baş verənləri yenidən dəyərləndirəcəyiniz vaxt başlayacaq.

Əkizlər - peşəkar fəaliyyət sahəsində rəhbərliyin sizə münasibətinin dəyişməməsi üçün normal çalışın. Qəfil kadr dəyişiklikləri varsa, səbirli və soyuqqanlı olun. Gün ərzində yaşanacaq bəzi hadisələr sizi iş yerini dəyişməklə bağlı fikirlərə sövq edə bilər. Lakin qərar verməyə tələsməyin. Yüz ölçün, bir biçin.

Xərçəng - Gün yeni perspektivlər vəd edir. Aktiv, enerjili olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün sədləri dəf edin. İş və ya uzunmüddətli əməkdaşlıqla bağlı təklif ala bilərsiniz. Köhnə dostlarla görüş və ya yeni, maraqlı tanışlıq istisna deyil. Güc və potensialınız çox olsa da, dostlarla hamilərin yardım təkliflərindən imtina etməyin.

Şir - onların yardımı günün ikinci yarısında, sizi sinirləndirəcək xəbər alanda karınıza gələ bilər. Unutmayın ki, emosiyalarınıza hakim olaraq hisslərinizi ətrafınızdakı insanlardan gizlətmək gərəkdir. Belədə yaranmış situasiyada necə davranmaq lazım olduğunu biləcəksiniz.

Qız - ailə üzvləri və ya sizə yaxın insanlarla birlikdə dincəlmək istəyi baş tutmayacaq. Münasibətlərdə diqqətli və həssas olun. Ənənələri və mövcud davranış modellərini pozmayın. Bəlli normalara riayət etsəniz, münasibətlərdə problemlərin yaranmasının qarşısını ala bilərsiniz.

Tərəzi - yeni təcrübə əldə etməyə çalışın, nailiyyətlər və qazanılan təcrübə ilə kifayətlənməyin. Sağlam şübhə və məntiq sizin hesabınıza irəliləməyə çalışan insanların qurduqları tələlərə düşməməyə imkan verəcək. Emosional davranmaqla, çılğınlıq etməklə bədxahlarınızı sevindirməyin.