Bakıda beşmərtəbəli binada yanğın olub FOTO


Digərləri 27 Fev 2020 23:46:00 211 0

Bakıda beşmərtəbəli binada yanğın olub  FOTO

Bakının Səbail rayonunda beşmərtəbəli binada yanğın baş berib.

Son.az APA-ya istinadən xəbər verir ki, yanğın rayonun Aqil Quliyev küçəsi 10 ünvanında qeydə alınıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dərhal bina sakinləri təxliyyə edilib. Təhlükəsizlik məqsədilə binanın elektrik enerjisi müvəqqəti olaraq dayandırılıb.