Koronavirus səbəbindən aviaşirkətlərə dəyən zərər açıqlandı


Digərləri 27 Fev 2020 23:40:00 206 0

Koronavirus səbəbindən aviaşirkətlərə dəyən zərər açıqlandı

Ölümcül koronavirus Çin iqtisadiyyatına ağır zərbə vurdu. İndi bütün dünya təhlükə altındadır...

Bu il koronavirus səbəbindən bütün dünya üzrə aviaşirkətlərə dəyən zərər 30 milyard dollar təşkil edib.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda The International Air Transport Association (Beynəlxalq Hava Transport Assosiasiyası) məlumat yayıb.

Məlumata görə, mövcud epidemiya Asiya Sakit okean regionlarının bilet qiymətlərini 13% ucuzlaşdıra bilər. Ucuzlaşma isə daşıyıcıların sözügedən regionda maliyyə itkilərini 27,8 milyard dollara çatdıracaq.

"Bu maliyyə itkiləri cari ildə 4,8% artım gözləyən yerli aviaşirkətlər üçün heç də ürəkaçan xəbər deyil", - deyə məlumatda qeyd olunub.