Koronavirus Güney Azərbaycana da sıçradı –


Dünya 27 Fev 2020 21:06:00 112 0

Koronavirus Güney Azərbaycana da sıçradı –

Güney Azərbaycanın Ərdəbil şəhərində iki nəfərdə koronavirus aşkar olunub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ərdəbil Universitetinin rektoru Əxəvan Əkbəri açıqlama verib.

Onun sözlərinə görə, bölgədə 28 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib:

"Xəstələrdən götürülən analiz barədə Tehrana məlumat göndərilib. Onlardan iki nəfərin virusa yoluxduğu məlum olub".

Qərbi Azərbaycan Tibb Universitetinin rektoru Dr. Ağazadə isə Urmiyada bir nəfərin koronavirusa yoluxduğunu deyib. Həmin şəxsin 55 yaşlı bir qadın olduğunu bildirib.